İngilis donanması rus gəmilərini izləməyə başladı

DÜNYA
16:10 / 31.08.2023
523

Böyük Britaniya Kral Donanması krallığın ərazi suları yaxınlığında Rusiya gəmilərini izləyir. 

HİT.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Mənbə koordinasiyalı müşahidə əməliyyatı çərçivəsində hərbi gəmilərin və patrul təyyarələrinin Britaniya suları yaxınlığında bir sıra Rusiya gəmilərini izlədiyini bildirib.

Bu ilin iyununda Britaniyanın "HMS Defender" esminesinin Britaniya ərazi suları yaxınlığında üzən üç Rusiya hərbi gəmisini müşayiət etdiyi bildirilmişdi.

Bundan əvvəl Britaniya Hərbi Hava Qüvvələri İsveç hava məkanı yaxınlığında Rusiyanın İl-20 və Su-27 qırıcı təyyarələrinin isveçlilərlə birgə tutulması barədə məlumat vermişdi. Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, Britaniyanın "Eurofighter Typhoon" və İsveçin "Gripen" qırıcıları havaya qaldırılıb.

Samir

 

0