Boris Conson dostunun müdafiə naziri təyin edilməsindən danışdı

DÜNYA
15:53 / 31.08.2023
929

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Qrant Şappsın ölkənin müdafiə naziri vəzifəsinə təyin olunmasını şərh edərək, onu “əla seçim” adlandırıb. 

HİT.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində (keçmiş "Twitter") yazıb.

“Dostum Ben Uollesin gedişini görmək çox kədərlidir. Xüsusilə Ukrayna ilə bağlı çox düzgün işlər görən gözəl müdafiə nazirinin... Qrant Şapps onun varisi üçün əla seçimdir”, deyə Conson yazıb.

Böyük Britaniyanın yeni müdafiə naziri vəzifəsinə enerji təhlükəsizliyi və iqlim neytrallığı naziri Qrant Şapps təyin edilib. Bu barədə ölkənin baş nazirinin ofisi X sosial şəbəkəsində məlumat yayıb.

Şappsın Böyük Britaniyanın baş naziri Rişi Sunakın çoxdankı siyasi müttəfiqi olduğu vurğulanır.

Bundan əvvəl Böyük Britaniyanın baş naziri Rişi Sunak krallığın Müdafiə Nazirliyinin rəhbəri Ben Uollesin bu vəzifədə dörd illik xidmətindən sonra istefasını qəbul edib.

İstefa qərarını izah edən Uolles qarşıdakı onillikdə qarşıdurmaların yüksək olacağına inamını nəzərə alaraq, nazirliyə əlavə sərmayələrin yatırılmasını və Britaniya Kral Silahlı Qüvvələrinin modernləşdirilməsini səbirsizliklə gözlədiyini deyib.

Samir

0