Polşada Almaniyadan təzminat tələb edir

DÜNYA
15:24 / 01.09.2023
695

Polşanın baş naziri Mateuş Moravyetski İkinci Dünya Müharibəsinin başlanmasının 84-cü ildönümünə həsr olunmuş çıxışında Almaniyanın təzminat ödəyəcəyi təqdirdə Varşava və Berlinin Avropa İttifaqında normal qarşılıqlı əlaqə qura biləcəklərini bildirib. 

HİT.az xəbər verir ki, bu barədə RMF24 məlumat yayıb.

"Polşa və Almaniya bu gün Avropa İttifaqında tərəfdaşdırlar, lakin gələcəkdə bir-biri ilə düzgün işləmələri üçün bu qara səhifəni bağlamalıdırlar", deyib və əlavə edib ki, tarixin bu səhifəsini tamamlamaq üçün təzminat tələb olunur.

Polşa xarici işlər nazirinin müavini Akradiuş Mularçik daha əvvəl bildirmişdi ki, ölkə hakimiyyəti İkinci Dünya Müharibəsində alman işğalı zamanı dəymiş ziyana görə Almaniyadan təzminat tələb etmək niyyətindədir. O, “Hüquq və Ədalət” partiyası hakimiyyətdə olduğu müddətdə bu problemin daim gündəmə gətiriləcəyini vurğulayıb.

Samir

0