İspaniyanın Kanar adalarına bağlı Tenerife adasında baş verən son 40 ilin ən şiddətli meşə yanğınının zərəri müəyyənləşib.
Hit.az məlumat verir ki, Tenerife administrasiyası tərəfindən edilən açıqlamada yanğının vurduğu iqtisadi zərərin 80,4 milyon avro olduğu bildirilib.
Bildirilib ki, bu məbləğ yalnız əkin sahələrinin, yolların, infrastrukturun, Teide Milli Parkının və adanın mühafizə olunan təbiət ərazilərinin yenidən qurulmasını əhatə edir. Tenerife adasının “fəlakət zonası” elan ediləcəyi bildirilib və yanğında 14 min 751 hektar ərazinin külə çevrildiyi qeyd edilib.
Aynur Əli