Finlandiyanın keçmiş baş naziri Sanna Marin Sosial Demokrat Partiyasının (SDP) sədri vəzifəsindən istefa verib.
HİT.az xəbər verir ki, Sanna Marin bu barədə partiya toplantısında bildirib.
“Partiyada müxtəlif vəzifələrdə keçirdiyim bütün bu illər üçün minnətdaram. İndi həyatımda yeni bir səhifə açıram. Bəzən köhnəni buraxmaq lazımdır ki, yeni bir şey onun buranı tuta bilsin”, deyə Marin bildirib.
O əlavə edib ki, partiya yoldaşlarının yanında dayanmaq üçün qayıdacaq.
Marin aprel ayında Finlandiya Sosial Demokrat Partiyasının rəhbəri postunu tərk etmək niyyətində olduğunu bəyan edib. Sonra o qeyd edib ki, partiya sədrliyindən istefa verdikdən sonra sıravi deputat kimi fəaliyyətini davam etdirəcək.
Samir