Polşanın Sol Partiya ölkənin baş naziri Mateuş Moravetski qarşı "iqtisadi xəyanət" maddəsi ilə prokurorluğa şikayət edib.
HİT.az xəbər verir ki, bu barədə Polşa parlamentindəki Sol fraksiyasının sədri Kşiştof Qalkovski bildirib.
Qalkovski deyib ki, baş nazir üçün ərizə verməsi onun “vəzifələrini yerinə yetirməməsi və dövlət maraqlarının pozulmasına səbəb olması ilə bağlıdır, çünki Avropa İttifaqından pulun ödənilməsi üçün ərizə təqdim olunmayıb”.
Onun sözlərinə görə, Sol Partiyanın nümayəndələri Avropa İttifaqından pandemiyadan sağalmaq üçün maliyyə vəsaitinin ayrılmasını xahiş etmək üçün Moravetskiyə müraciət ediblər.
Samir