Ukrayna prezidenti Volodimir Zelenski hərbi komissarlıqların korrupsiyanın tüğyan etdiyinə görə Ukrayna ordusuna kifayət qədər çağırışçı cəlb edə bilməmələri səbəbindən onların işindən narazıdır.
HİT.az xəbər verir ki, bu barədə "Le Figaro" məlumat yayıb.
“Zelenski 200-dən çox işə qəbul məntəqəsini yoxlayıb. Dövlət başçısı çağırışçıların cəbhəyə göndərilməsinə cavabdeh olan orqanlardakı korrupsiyanı pisləyərək, sənədləri cırıb atıb", deyilən məqalədə qeyd edilir ki, Ukrayna lideri bu sahədə hər hansı korrupsiyanı dərhal “vətənə xəyanət” kimi qiymətləndirir.
Nəşrin yazdığına görə, çağırışçıların bir çoxu səfərbərlikdən yayınmaq və ölkədən qaçmaq üçün bir neçə min dollar rüşvət verməyə çalışır. Döyüş əməliyyatları başlayandan indiyədək qeyri-qanuni olaraq xaricə getməyə cəhd edən 13 min 600 nəfərin həbs edildiyi vurğulanır.
Samir