Bu ölkədə 8,3 milyon insanın humanitar yardıma ehtiyacı var

DÜNYA
11:07 / 04.09.2023
576
Nigeriyanın şimal-şərqində baş verən terror aktları səbəbindən humanitar böhran yaşanır.
 
HİT.az xəbər verir ki, humanitar məsələlər və yoxsulluğun azaldılması naziri Betta Edu "Boko Haram" və ISWAP terror təşkilatlarının hücumlarının artdığı Borno, Yobe və Adamava əyalətlərində təxminən 8,3 milyon insanın humanitar yardıma ehtiyacı olduğunu bildirib.
 
Hökumətin humanitar böhranla mübarizədə qərarlı olduğuna diqqət çəkən Edu "Birləşmiş Millətlər Təşkilatı (BMT), Benuenin Nigeriyada humanitar ehtiyacların paytaxtı halına gəldiyini və bu səbəbdən humanitar sahədə görüləcək çox iş olduğunu söylədi", deyib.
 
Edu nazirliyin dəqiqlik və şəffaflıq üçün sosial qeydləri hərtərəfli yoxlamaq üçün innovativ yollar tapdığını bildirib.
 
Nigeriyada 2000-ci illərin əvvəllərindən bəri mövcud olan "Boko Haram"ın həyata keçirdiyi kütləvi zorakılıqlarda on minlərlə insan həyatını itirib. Təşkilat 2015-ci ildən ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə ​​də hücumlar həyata keçirir.
 
Samir
0