Rusiya Prezidenti Vladimir Putin ilə bağlı daha bir şok iddia yayılıb.
HİT.az xəbər verir ki, onun ağır xəstə olduğu önə sürülüb.
Bu barədə ukraynalı general-mayor Kirilo Budanov açıqlama verib. O, Putinin səhhətinin çox pis olduğunu deyib:
"Əsl Putin 1 ildir ki, ictimaiyyət qarşısına çıxmır. Onun hətta yataqdan qalxmağa belə gücü yoxdur. Yəni əsl Putin 1 ildən çoxdur görünmür. Gördüyümüz isə dublyorlardır".
O, şok iddialarına belə davam edib:
"Putinin hazırda həyatda olub-olmadığını bilmirəm. Amma Putin dublyorlardan istifadə edir və Qərb ölkələri də bunu bilir. Onun 2024-cü ildə keçiriləcək prezident seçkilərinə də müdaxilə edə biləcəyini zənn etmirəm. Çünki Putin fikizi olaraq seçkilərə qatıla bilməyəcək".
Pərviz