Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İranda zənginləşdirilmiş uranın ümumi ehtiyatının hazırda azalmağa davam etdiyini iddia edir.
HİT.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
MAQATE həmçinin vurğulayıb ki, hazırda İran nüvə sazişi çərçivəsində tətbiq edilən məhdudiyyətlərdən yan keçməyə davam edir.
Bu barədə MAQATE-nin hesabatında məlumat verilib. Bildirilib ki, İranda zənginləşdirilmiş uran ehtiyatları sonuncu rüblük hesabatın dərcindən bəri 949 kq azalaraq, 3795,5 kq-a düşüb.
Bundan əvvəl İranın Vyanadakı səfiri Möhsün Naziri Asl bildirib ki, nüvə sazişi ilə bağlı son məsələlərin həlli şansı var. Onun sözlərinə görə, İranın nüvə proqramı üzrə birgə hərtərəfli fəaliyyət planının hazırkı vəziyyəti Amerika siyasətinin və yanlış hesablamalarının nəticəsidir.
Samir