Braziliya 1999-cu ildən bəri ilk dəfə Rusiyadan təbii və zənginləşdirilmiş uran partiyasını alıb.
HİT.az xəbər verir ki, "RİA Novosti"nin Braziliya statistikasına istinadən verdiyi məlumata görə, ölkə 27,1 ton zənginləşdirilmiş və 26,9 ton təbii urana görə 72 milyon dollar ödəyib.
Çatdırılmalar "Rosatom" ilə Braziliyanın INB şirkəti arasında 2022-ci ildə bağlanmış müqavilə əsasında həyata keçirilib. Müqaviləyə əsasən, Rusiya 2023-cü ildən 2027-ci ilə qədər Braziliyadakı yeganə Angra Atom Elektrik Stansiyasını zənginləşdirilmiş uranla tam təmin edəcək.
Bundan əvvəl Braziliya uranı Böyük Britaniya, Qazaxıstan, Kanada, Almaniya, İsveç və ABŞ-dan alırdı. “Rosatom”la müqavilə imzalandıqdan sonra digər ölkələrdən uran idxalı dayandırılıb.
Rusiya və Braziliya 1993-cü ildən nüvə sahəsində əməkdaşlıq edir. "Rosatom" Braziliyanın nüvə təbabəti üçün izotop məhsullarının əsas tədarükçüsüdür və nüvə yanacaq dövrü üzrə tərəfdaşlıqları inkişaf etdirir.
Samir