Rusiyanın nüfuzlu “qanuni oğru”su Andrey Voznesenskiy (Xobot) ev dustaqlığına buraxılıb.
Hit.az xəbər verir ki, buna səbəb “qanuni oğru”nun səhhətindəki probeləmlərdir.
Xobotun gözlərində ciddi problem yaranıb. Bu baxımdan onun təcridxanada saxlanılması məqsəduyğun sayılmayıb.
Xobot 2021-ci ildə 6,5 il müddətinə azadlıqdan məhrum edilib. Lakin səhhətindəki problemlərlə əlaqədar vaxtından əvvəl azadlığa buraxılıb. 4 aydan sonra isə Xobot yenidən həbs edilib. Bu dəfə ona kriminal iyerarxiyada yüksək statusa malik olma maddəsi ilə ittiham irəli sürülüb.
Xobot bu maddə ilə ittiham olunaraq ev dustaqlığına buraxılan yeganə “qanuni oğru”dur.
Anar