Putin və Ərdoğan BMT Baş Assambleyasından sonra görüşə bilər

DÜNYA
11:49 / 05.09.2023
480

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla BMT Baş Assambleyasının iclasında iştirakdan sonra yenidən görüş keçirə bilər. 

HİT.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti yazır.

BMT Baş Assambleyası sentyabrın 19-dan 26-dək keçiriləcək. İlk gün Ərdoğanın çıxışı gözlənilir.

Qəzetin yazdığına görə, Putinin Türkiyə prezidenti ilə bir gün əvvəl keçirdiyi görüşdən sonra verdiyi açıqlamalar "taxıl sazişi" üzrə danışıqların bir az daha uzun sürəcəyinə işarə edib. Türkiyə prezidentini səfərdə müşayiət edən nəşrin köşə yazarı Abdulkadir Selvi hesab edir ki, iki ölkə liderləri Ərdoğanın BMT-dəki təmaslarından sonra yenidən görüşə bilərlər.

Dünən, sentyabrın 4-də Rusiya və Türkiyə prezidentləri Soçidə görüşüblər. Onların danışıqları üç saat davam edib. Liderlər gigər məsələlərlə yanaşı, birgə layihələri, "taxıl sazişi"ni və Ukraynadakı vəziyyəti müzakirə ediblər. Görüşdən sonra Putin Rusiya kənd təsərrüfatı məhsullarının ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasından sonra "taxıl sazişi"ni canlandırmağa hazır olduğunu bildirib.

Samir

0