Amerikalılar Baydenə etibar etmir - SORĞU

DÜNYA
13:24 / 05.09.2023
921

ABŞ-da gələn il keçiriləcək prezident seçkiləri ilə bağlı daha bir sorğu keçirilib.

HİT.az xəbər verir ki, "Wall Street Journal" nəşri tərəfindən keçirilən sorğuda əhalinin fikirləri öyrənilib.

24-30 avqust tarixində keçirilən sorğuda 1200 nəfər iştirak edib.

Sorğuda iştirak edənlərin 73 faizi Co Baydenin yenidən prezidentliyə namizəd olmaq üçün çox yaşlı olduğunu deyiblər. Respondentlərin 22 faizi isə Baydenin hazırkı vəziyyətini "çox pis" adlandırıb. 

Lakin Baydendən sadəcə 3 yaş gənc olan Donald Trampla bağlı düşüncələr isə fərqlidir. Belə ki, sorğuda iştirak edənlərin sadəcə 47 faizi onun yaşının namizəd olmağa problem yarada biləcəyini düşünüb.

Qeyd edək ki, Co Bayden ikinci dəfə prezident seçiləcəyi təqdirdə vəzifəsənin sonuna çatanda 86 yaşı olacaq. Bu isə amerikalıları ciddi şəkildə narahat edir. 

Pərviz

0