Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev “Batyl Toytarys-2023” strateji komanda-qərargah hərbi təlimlərinə baş çəkib.
HİT.az xəbər verir ki, hərbçilər qarşısında çıxış edən Qazaxıstan lideri hibrid müharibələrdən danışıb.
“Qlobal müdafiə sistemində böyük dəyişikliklər baş verir. Müharibənin müasir üsulları, xüsusən də hibrid döyüş növləri getdikcə geniş yayılır. Hücumlar təkcə hərbi deyil, həm də informasiya, psixoloji, siyasi, iqtisadi və s. ola bilər. Buna görə də Qazaxıstan Silahlı Qüvvələri istənilən çağırışa hazır olmalıdır”, deyə Tokayev bildirib.
O əlavə edib ki, indiki vəziyyətdə ordunu müasir silah sistemləri və texnikası ilə təchiz etmək lazımdır. Tokayev vurğulayıb ki, qarşısına prioritet vəzifə qoyub - yüksək lokallaşdırma payına malik istehsal dövrü yaratmaq.
Samir