Sentyabrın 5-də Ukrayna prezidenti Volodimir Zelenski Krımın ərazi strukturunda dəyişikliklərin edilməsi haqqında fərman imzalayıb.
HİT.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri məlumat yayıb.
Qanuna əsasən, Krımdakı ərazi icmalarının ərazilərində hərbi və hərbi-mülki idarələrin yaradılması nəzərdə tutulur.
Ukrayna hökuməti bir ay ərzində Krımdakı ərazi icmalarının ərazilərini və inzibati mərkəzlərini müəyyən etməli, həmçinin üç ay ərzində yeni rayonların regional dövlət administrasiyalarını formalaşdırmalıdır.
Nazirlər Kabinetinə həmçinin yarımadada dövlət hakimiyyətinin Ukraynaya qayıtdıqdan sonra bərpasının xüsusiyyətlərinə dair qanun layihəsini hazırlayıb Ali Radaya təqdim etmək tapşırılıb.
Qeyd deyilir ki, qanunun əsas vəzifəsi Krımın işğaldan azad edilməsidir.
Samir