"Rusiya prezidenti Vladimir Putin Soçidə keçirilən danışıqlarda Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana G20 sammitində iştirak edəcək Qərb liderləri üçün mesaj verib".
HİT.az xəbər verir ki, bu fikirləri Tsargrad.tv-də beynəlxalq politoloq, Rusiya Jurnalistlər Birliyinin katibi Timur Şafir səsləndirib.
O vurğulayıb ki, dövlət başçılarının görüşü bir çox "Telegram" kanallarının gözləntilərini doğrultmasa da, hadisəli və konstruktiv keçib:
“Ən önəmlisi odur ki, dövlət başçıları yəqin Ərdoğanın bir neçə gündən sonra Yeni Dehlidə keçiriləcək G20 sammitində nə edəcəyi barədə danışıblar. Məhz, o, Rusiya ilə G20-nin Qərb ölkələri arasında elçi, əsas vasitəçi, bağlayıcı rolunu oynayacaq. Ona görə də Ərdoğan Soçidən əliboş getmir”.
Ekspert əlavə edib ki, danışıqlardan şişirdilmiş gözləntiləri bölüşmür, ilkin olaraq hər hansı sensasiyanı istisna edir.
Samir