Rusiya-Şimali Koreya arasında silah satışı: "Qərbə qarşı siyasi xətt davam etdiriləcək"

DÜNYA
19:15 / 05.09.2023
684

Şimali Koreya lideri Kim Çen In sentyabrda Rusiyaya səfər etməyi planlaşdırır. İki lider Şimali Koreyanın Moskvaya silah vermə imkanını müzakirə edəcək. 

Maraqlıdır, müharibənin uzanması fonunda Rusiya artıq sanksiyalar altındakı Şimali Koreya silahlarına möhtac qalıb?

Politoloq İlyas Hüseynov Hit.az-a açıqlamasında bildirib ki, bu səfər Rusiya-Ukrayna müharibəsi fonunda aktuallıq kəsb edir:

"Müharibə fonunda silah satışı da müzakirə olunacaq, siyasi gündəlikdə hərbi-texniki əməkdaşlıq da yer alır. Bu səfər və səfərin nəticəsində əldə olunan razılıqlar heç şübhəsiz ki müharibənin müddətinin uzanmasına səbəb olacaq. Müharibə fonunda Rusiyaya silah satmaq iddiasında olan dövlətlərin də sayı  artmaqdadır. Bir zamanlar dünyada silah bazarında və silah ixracatında önəmli yerə malik olan Rusiya belə görünür ki, özü silah tədarükündə maraqlıdır. Silah bazarının özünəməxsus siyasi kondekturası var.  Hazırda müharibə şəraiti bu nizamın dağılmasına xidmət edir".

O bildirib ki, müxtəlif dövlətlər silah satışı iddiasını irəli sürür, silah logistikasında yer almaq istəyir:

"Şimali Koreya da belə dövlətlərdəndir. Şimali Koreyanın da güclü rəqabət müstəvisində olması onun silah arsenalının genişləndirilməsinə xidmət edib. Şimali Koreya lideri bununla göstərməyə çalışır ki, Qərbə qarşı siyasi xətt davam etdiriləcək. Bu gün müharibə şəraitində olan Rusiyaya edilən hərbi dəstək həm də Şimali Koreyeya növbə çatmasın deyə atılan addımdır. Bunu Çinə də aid edə bilərik. Çünki Çin də bilir ki, növbəti hədəf Rusiyadan sonra Pekinə çatacaq".

Aynur Əli

0