NATO rəsmisi Moldovanı neytrallıqdan əl çəkməyə və Alyansa qoşulmağa çağırdı

23:08 / 05.09.2023
465

NATO-nun Avropa İnkişaf Komitəsinin rəhbəri Günter Fehlinger Moldovanı neytrallıqdan əl çəkərək təşkilata üzv olmağa çağırıb. 

HİT.az xəbər verir ki, bu barədə o, X (keçmiş "Twitter") sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Avropalı Moldovanı NATO-ya üzv olmağa və neytrallıqdan əl çəkməyə çağırıram”, deyə o yazıb.

Bundan əvvəl Moldovanın xarici işlər naziri Niku Popesku NATO-nun ölkənin müdafiə potensialının gücləndirilməsinə yardım edəcəyini açıqlamışdı: “Qeyd edirəm ki, Alyans Moldovanın Avropaya inteqrasiyasına, eləcə də ölkəmizdə aparılan demokratik islahatlara dəstəyini ifadə edib. Sammit iştirakçılarının bəyannaməsində deyilir ki, NATO Moldovaya siyasi dəstəyi artıracaq, onun sabitliyini, o cümlədən müdafiə potensialını gücləndirməklə gücləndirəcək".

Samir

 

0