Fransa Nigerdə yerləşən təxminən 1,5 min hərbçinin bir hissəsinin çıxarılması üçün yerli ordu ilə danışıqlara başlayıb.
HİT.az xəbər verir ki, bu barədə "Le Monde" mənbələri məlumat verib.
“Bir sıra hərbi hissələrin çıxarılması ilə bağlı danışıqlara başlanılıb. Terrorla mübarizədə əməkdaşlığın dayandırıldığı bir şəraitdə belə müzakirələrə başlamaq lazımdır”, deyə media Fransadakı bir neçə mənbəyə istinadən yazır.
Hərbi kontingentin bir hissəsinin Nigerdən çıxarılması ilə bağlı danışıqların təfərrüatları açıqlanmır.
Samir