Slovakiya sentyabrda keçiriləcək parlament seçkilərindən sonra Rusiyanın yeni müttəfiqi ola bilər.
HİT.az xəbər verir ki, bu barədə "The Guardian" qəzetinin köşə yazarı Con Kampfner yazıb.
Onun sözlərinə görə, rəy sorğularına inansaq, seçki “Moskvaya təriflər yağdıran və Viktor Orbanı təqlid edən” Robert Fikonun qayıdışı anlamına gələ bilər. Kempfner hesab edir ki, belə olan halda Avropa İttifaqı və NATO-da “yeni fitnəkar” peyda olacaq.
Qəzetin köşə yazarı yazır ki, Robert Fiko seçilərsə, hazırda Kiyev rejimini dəstəkləyən Slovakiyanın siyasətində 180 dərəcə dönüş təhlükəsi olacaq. O qeyd edib ki, Robert Fiko parlament seçkilərində qalib gəlsə, ölkə Moskvaya yardım göstərməyə başlaya bilər.
Qeyd edək ki, 58 yaşlı Robert Fiko 2006-2010 və 2012-2018-ci illərdə iki dönəm Slovakiyanın keçmiş baş naziri olub.
Samir