Zelenskinin xanımı: “Tarixi şəxsiyyətə deyil, ərimə ehtiyacım var” - FOTOLAR

DÜNYA
10:28 / 06.09.2023
787

“Həyat yoldaşım Zelenski ilə birlikdə yaşamırıq, ailəmiz bölünüb”.

Bunu Ukrayna Prezidentinin xanımı Yelene Zelenskaya BBC-yə müsahibəsində deyib.

Zelenskaya müsahibəsində hazırda davam edən müharibənin onların ailə həyatına necə təsir etdiyindən danışıb: “Mənə yanımda həyat yoldaşı lazımdır, tarixi şəxsiyyət deyil. Ola bilər, bu, bir az eqoist şəkildə səslənir, lakin bu həqiqətən də belədir. Hazırda bizim tez-tez olmasa da, görüşmək imkanımız var”.

Onun sözlərinə görə, oğlu Zelenski üçün çox darıxır: “Lakin biz güclü olmağa davam edirik, bizim həm fiziki, həm də emosional gücümüz var. Bunun öhdəsindən birlikdə gələcəyimizə əminəm”.//Qafqazinfo.az

0