Çexiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Daniel Drake 2024-cü ildə Ukraynada seçkilərin keçirilməsinin mümkün olduğunu bildirib.
HİT.az "Euractiv"ə istinadən xəbər verir ki, XİN sözçüsü rəsmi Praqanın seçkilərin keçirilməsində Kiyevə kömək etməyə hazır olduğunu deyib.
"Rusiya və Ukrayna arasında hərbi münaqişə şəraitində seçkilərin təşkili Ukrayna qanunvericiliyi ilə tənzimlənir. Nə qədər çətin olsa da, biz inanırıq ki, seçki gələn il təşkil oluna bilər", deyə Daniel Drake bildirib.
Çexiya Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib ki, Praqa seçkilərin təşkilinə kömək etməyə hazır olsa da, ancaq Kiyevdən konkret müraciətlər aldıqdan sonra addımlar ata bilər.
Samir