Britaniya Müdafiə Nazirliyinin yeni rəhbəri Qrant Şapps dəniz qüvvələrini hava qüvvələri ilə səhv salıb.
HİT.az xəbər verir ki, bu barədə onun müsahibə verdiyi LBC radiostansiyası məlumat yayıb.
Britaniya təyyarədaşıyıcılarından danışarkən nazir qeyd edib ki, onlar “Kral Hərbi Hava Qüvvələrinin indiyə qədər malik olduğu ən böyük gəmilərdir”.
Radiostansiya qeyd edir ki, bu, səhv bəyanatdır, çünki təyyarədaşıyan gəmilər Kral Hərbi Dəniz Qüvvələri tərəfindən idarə olunur.
Qeyd edək ki, avqustun 31-də Böyük Britaniyanın baş nazirinin ofisi enerji təhlükəsizliyi və iqlim neytrallığı naziri Qrant Şappsın yeni müdafiə naziri təyin edildiyini açıqlayıb. Bundan əvvəl Böyük Britaniyanın baş naziri Rişi Sunak krallığın Müdafiə Nazirliyinin rəhbəri Ben Uollesin bu vəzifədə 4 illik xidmətindən sonra istefasını qəbul edib.
Samir