Finlandiya hökumətinin keçmiş rəhbəri, ölkənin Sosial Demokrat Partiyasından (SDP) indiki parlamentari Sanna Marin Toni Bleyrin Qlobal Dəyişiklik İnstitutunun müşaviri vəzifəsinə keçidi ilə əlaqədar parlamentdən istefa verdiyini bildirib.
HİT.az xəbər verir ki, bu barədə "Helsingin Sanomat" məlumat yayıb.
O qeyd edib ki, parlament onun deputatlıqdan istefa ərizəsinə hələ baxmayıb. Marin gələcək inkişaflar barədə instituta məlumat verəcəyini bildirib.
Siyasətçi vurğulayıb ki, yeni vəzifə parlamentin səlahiyyətlərinin icrası ilə birləşdirilə bilməz: "İnanıram ki, yeni vəzifəmdə mənə səs verən insanlara daha yaxşı xidmət edə bilərəm".
O, Toni Bleyrlə ilə şəxsən görüşdüyünü də qeyd edib: "Mən siyasətçiyəm və fikir adamıyam, bu dəyişməyəcək".
Toni Bleyr Qlobal Dəyişiklik İnstitutu 2016-cı ildə Britaniyanın keçmiş baş naziri tərəfindən təsis edilib, siyasətçilərə və hökumətlərə strategiya və planlaşdırma ilə bağlı məsləhətlər verən qeyri-kommersiya təşkilatıdır. İnstitut Londonda yerləşir və 30-dan çox ölkədə fəaliyyət göstərir.
Samir