Macarıstan Qərbi Balkanları Türkiyə və Rusiyanı cilovlamaq üçün Aİ-yə qoşulmağa çağırdı

DÜNYA
19:36 / 07.09.2023
702

Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr Nazirliyinin rəhbəri Peter Siyarto bildirib ki, Budapeşt Rusiya Federasiyası və Türkiyənin bölgədəki təsirini cilovlamaq üçün Qərbi Balkanların Avropa İttifaqına qəbul edilməsinə çağırır. 

HİT.az xəbər verir ki, bu barədə nazir “Facebook” sosial şəbəkəsində yazıb.

O vurğulayıb ki, Aİ Xarici Əlaqələr Şurasının hər iclasında “başqa ölkələrdən rusların və türklərin Qərbi Balkanlarda mövqe qazanması ilə bağlı gileylər gəlir". Siyarto hesab edir ki, məsələn, region dövlətlərini Aİ-yə qəbul etməklə bunun qarşısını almaq çox asandır.

Nazirin sözlərinə görə, Avropa İttifaqı da ABŞ və Çinlə rəqabət aparmaq üçün genişlənməni həyata keçirməlidir.

Samir

0