Ukraynanın Krımın qaytarılması əməliyyatına başlamaq üçün kifayət qədər hərbi resursları yoxdur.
HİT.az xəbər verir ki, bunu "Newsweek" jurnalına müsahibəsində Haaqa Strateji Araşdırmalar Mərkəzinin analitiki Frederik Martinez deyib.
Ekspert hesab edir ki, Kiyevdə dəniz üzərində nəzarəti bərqərar etmək üçün kifayət qədər gəmi və təyyarə yoxdur. Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinə quru qoşunlarını daşımaq üçün daha çox desant gəmisi lazım olacaq.
Martinez onu da əlavə edib ki, Ukrayna hazırda təkbaşına Krımı işğal etmək üçün genişmiqyaslı desant əməliyyatı təşkil edə bilmir.
Sentyabrın 5-də Ukrayna prezidenti Vladimir Zelenski Krımın ərazi strukturunda dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Qanuna əsasən, onlar yarımadada ərazi icmalarının ərazilərində hərbi və hərbi-mülki idarələr yaratmağı planlaşdırırlar.
Samir