Annalena Burbok: “Taurus” raketlərini Ukraynaya sürətlə tədarük etmək mümkün deyil\"

10:56 / 08.09.2023
793

Almaniyanın xarici işlər naziri Annalena Burbok hesab edir ki, Ukraynanı tez bir zamanda uzaq mənzilli “Taurus” qanadlı raketləri ilə təmin etmək mümkün deyil. 

HİT.az xəbər verir ki, onun sözlərinə görə, hakimiyyət indiki vəziyyətdə Ukraynaya ən yaxşı şəkildə necə dəstək vermək barədə düşünür.

"Bu, "Leopard" tanklarında və IRIS-T hava hücumundan müdafiə sistemində olduğu kimi, tez bir zamanda edilə bilən bir şey deyil, hər bir detalı əvvəlcədən aydınlaşdırmaq lazımdır", deyə nazir bildirib.

Raketlərin Rusiya ərazisinə çatmasının qarşısını almaq üçün proqramlaşdırılmalı olub-olmaması ilə bağlı suala cavab olaraq xanım Burbok deyib ki, digər tərəfdaşlar da özlərinə oxşar suallar verib və onlar üçün həll yolları tapıblar. O, konkret cavab verməyib.

"Taurus" qanadlı raketi 400 kiloqramlıq döyüş başlığını 500 km-dən çox məsafəyə çatdıra bilir. Almaniya kansleri Olaf Şolts Rusiya ərazisinə zərbələr endirmək üçün Qərb silahlarından istifadə etməmək istədiyini bildirib. Onun mövqeyi Bundestaqda tənqid edilib. Annalena Burbok mina sahələrini aradan qaldırmaq üçün Ukraynaya raketlərin tədarükünə çağırıb. Almaniya Maliyyə Nazirliyinin rəhbəri Kristian Lindner ölkənin münaqişəyə cəlb olunmasının qarşısının alınmasını zəruri hesab edir.

Samir

0