Burbokun qaçqınları digər ölkələrlə bölüşmək istəyi baş tutacaq?

DÜNYA
22:14 / 08.09.2023
523

"Almaniyanın xarici işlər naziri Annalena Burbok digər Avropa İttifaqı ölkələrini Berlinlə eyni sayda qaçqınları qəbul etməyə məcbur etməyə çalışır. Lakin şərq ölkələri çətin ki, bununla razılaşsınlar". 

HİT.az xəbər verir ki, bunu “Vzqlyad” qəzeti ilə söhbətində alman politoloq Aleksandr Rahr Almaniya xarici işlər nazirinin Aİ-nin sığınacaq sistemində islahatlarla bağlı təklifini şərh edərkən deyib.

“Ölkədə “yeni gələnlərlə” artan problemlər səbəbindən miqrant axınını kəskin şəkildə məhdudlaşdırmaq istəyən Almaniya üçün Alternativ (AfD) Partiyasının reytinqləri artır. Burbok onların artan populyarlığından qorxur və həyəcan təbili çalır. Amma başqa nə edə bilərsən? Liberal Avropa öz sərhədlərini əzab çəkən insanlar üçün bağlaya bilməz”, deyə Rahr bildirib.

Onun sözlərinə görə, nəticədə Aİ Liviya, Mərakeş, Əlcəzair və digər ölkələrə pul ödəməli olacaq ki, qaçqınları ya buraxmasınlar, ya da geri qaytarsınlar.

Bu təşəbbüsü təqdim edərkən Burbok qeyd edib ki, islahat nəticəsində qaçqınların bölgüsü “daha ​​ədalətli” olacaq və sığınacaq hüququ olmayan hallarda repatriasiya daha sürətli baş verəcək.

Samir

0