"Polşa Avropa Komissiyasının Rusiyanın dondurulmuş aktivlərinin istifadəsi ilə bağlı işlərin ləngiməsinə görə təəssüflənir. Avropa ölkələri bu vəsaitləri Ukraynanın bərpası üçün istifadə etməyi təklif edirdi".
HİT.az xəbər verir ki, bunu Polşanın Avropa İttifaqındakı səfiri Anjey Sados RMF-ə deyib.
Onun sözlərinə görə, AK bu məsələdə ciddi nəticə əldə etməyib.
"Təəssüf hissi ilə qeyd etməliyəm ki, bu məsələ ilə bağlı praktiki olaraq heç bir iş görülmür", deyə Sados bildirib.
RMF qeyd edir ki, bu məsələ ilə məşğul olan Polşa işçi qrupu sentyabrın 13-də keçiriləcək iclasda dərhal konkret hüquqi həllərin hazırlanmasına başlayacağını vəd edir. Eyni zamanda, radiostansiya vurğulayır ki, Avropa Komissiyası hələ yay tətilindən əvvəl bu məsələ ilə bağlı təkliflər səsləndirmək niyyətində idi.
Samir