Polşa Avropa Komissiyasına ultimatum verdi

DÜNYA
20:18 / 08.09.2023
668

Polşanın baş naziri Mateuş Moravetski Ukraynadan taxıl idxalı məsələsi ilə bağlı Avropa Komissiyasına ultimatum təqdim edib. 

HİT.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

O vurğulayıb ki, Polşa tərəfi Avropa İttifaqının qərarından asılı olmayaraq kənd təsərrüfatı bazarlarının yeni açılmasına imkan verməyəcək.

Mateuş Moravetski vurğulayıb ki, ya AK Polşanın istəklərini yerinə yetirəcək və sentyabrın 15-dən etibarən 4 növ taxılın Aİ-yə idxalına qadağa tətbiq edəcək, ya da Varşava bu addımı özü həyata keçirəcək.

O əlavə edib ki, Polşa Ukrayna taxılının öz ərazisindən tranzitinə qarşı olmasa da, lakin ölkənin kənd təsərrüfatı bazarında sabitliyin pozulmasının tərəfdarı deyil.

Samir

0