Kim Çen In Uzaq Şərqə səfər edəcək

DÜNYA
11:46 / 11.09.2023
435

Şimali Koreya lideri Kim Çen In yaxın günlərdə Uzaq Şərqə səfər edəcək. 

HİT.az xəbər verir ki, bu barədə "İnterfaks" mənbələrə istinadən verdiyi məlumata yayıb.

Agentliyin Uzaq Şərq Federal Dairəsinin təsis qurumlarından birinin hökumətindəki həmsöhbətinin sözlərinə görə, uzun müddətdir ki, səfərə hazırlıq gedir. O, səfərin dəqiq tarixi və digər təfərrüatları açıqlamayıb.

Şimali Koreya hakimiyyəti hələlik mümkün səfərlə bağlı şərh verməyib. Kim Çen In sonuncu dəfə 2019-cu ildə Rusiyaya səfər edib. Onun qatarı Primorsk diyarının Xasan stansiyasına gəlib, daha sonra Vladivostoka baş çəkib.

“The New York Times” qəzeti mənbələrə istinadən Kim Çen Inın Vladimir Putinlə görüşməyi planlaşdırdığını yazıb. Onların sözlərinə görə, Kim Çen In Pxenyandan zirehli qatarla Vladivostoka gedəcək və burada Rusiya prezidenti ilə birgə Şərq İqtisadi Forumunda (EEF) iştirak edəcək. Kreml səfərə hazırlığı təsdiqləməyib.

Samir

0