Rusiya-Ermənistan arasında gərginlik: "Cənubi Qafqazda mövqeyini itirməsində..."

DÜNYA
17:37 / 11.09.2023
576

Rusiya və Ermənistan arasında vəziyyət görgin olaraq qalır. Lakin bununla belə, Rusiya tərəfi son açıqlamalarında sanki Ermənistanla müttəfiqliyi pozmamaq üçün çalışır.

"Rusiya Ermənistanın simasında müttəfiqini itirməkdən qorxmur, Moskva və İrəvan yaxın olaraq qalır".
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Bəs iki ölkə arasında nə baş verir?

Politoloq Samir Hümbətov Hit.az-a açıqlamasında bildirib ki, Rusiyanın Qafqazda bu hala düşməsində məhz Ermənistanın xüsusi rolu var:

"Ermənistan tərəfinin mövqeyi məlumdur. Ermənistan ən gərgin situasiyada hətta özünə rəsmi müttəfiq olan ölkələri belə çox çətin vəziyyətdə qoymağı bacarır. Bunu da bu gün praktiki olaraq göstərir. Amma görürük ki, Rusiya Ermənistandan yenə əl çəkmir. "Biz müttəfiqik" anlayışı ilə yoluna davam edir.

Amma görünən odur ki, Rusiya Ermənistana müttəfiq deməklə onu itirməməyə çalışır. Rusiyanın bu mövqeyi əslində Ermənistanın dəyişkən siyasətindən irəli gəlir. Çünki Rusiya fikirləşir ki, ola bilsin, Qərb ölkələri Ermənistanda hər hansı gərginlik yaradarlarsa, Ermənistan Rusiyaya tərəf dönə bilər. Yaxud tamamilə münasibətləri korlayaraq Ermənistanı özlərindən soyutmamağa çalışırlar. Hər halda, Ermənistanın xarici siyasəti şantaj siyasəti ilə əvəz olunub.

Ümumiyyətlə, bu gün də Ermənistan yenə bunu göstərir. Rusiyanın Cənubi Qafqazda mövqeyini itirməsində, bu hala düşməsində məhz Ermənistanın xüsusi rolu var".

Aynur Əli

0