Əsrin ən dağıdıcı zəlzələləri: Onminlərlə ölü... - ARAŞDIRMA

DÜNYA
19:24 / 11.09.2023
647

Bildiyiniz kimi, sentyabrın 8-dən 9-a keçən gecə Mərakeşdə 7 maqnitudalı zəlzələ olub.

Zəlzələ nəticəsində ölənlərin sayı durmadan artır. Bildirilir ki, hadisə nəticəsində 2497 nəfər ölüb.

Təbii fəlakət nəticəsində 2 400 nəfər yaralanıb. Ölən və yaralıların sayının artacağı istisna edilmir.

Bu, 21-ci əsrdə baş verən ilk dağıdıcı zəlzələ deyil. Bundan öncə də bir neçə ölkədə bel dağıdıcı zəlzələ baş verib.

Hit.az 21-ci əsrin böyük tələfatla yadda qalan zəlzələlərinin siyahısını təqdim edir:

*2004-ci il dekabrın 26-da Hind Okeanında 9.1 bal gücündə zəlzələ qeydə alınıb. Nəticədə sahildə yerləşən ölkələrdə 230000-280000 insan həyatını itirib. 

*2005-ci il martın 28-də İndoneziyanın Nias adasında 8.6 bal gücündə zəlzələ olub. Zəlzələ nəticəsində 1314 nəfər həyatını itirib.

*2010-cu ilin 27 fevral tarixində Çilinin Maule bölgəsində  8.8 bal gücündə zəlzələ başverib. Zəlzələ nəticəsində 525 nəfər ölüb, ölkəyə 15-30 milyard dollar zərər dəyib.

*3 noyabr 2011-ci ildə Yaponiyanın Tohoku bölgəsində 9.1 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 15894 nəfər həyatını itirib. 

* Bu ilin fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 10 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Belə ki, zəlzələdə həlak olanların sayı 50 783 nəfərə çatıb.

Aynur Əli

0