MAQATE: "Tükənmiş uran mərmilərinin əhəmiyyətli radioloji nəticələri yoxdur"

DÜNYA
19:45 / 11.09.2023
452

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi deyib ki, tükənmiş uranla döyüş sursatı istifadə edildikdən sonra heç bir mühüm radioloji fəsad yoxdur. 

HİT.az xəbər verir ki, o, bu barədə ABŞ-ın hərbi yardım paketi çərçivəsində Ukraynaya bu cür sursatların təhvil verilməsi xəbəri fonunda açıqlama verib.

“Nüvə təhlükəsizliyi nöqteyi-nəzərindən heç bir radioloji əhəmiyyətli və hətta əhəmiyyətsiz nəticələr yoxdur. Bəzi çox konkret hallarda nəticələr ola bilər”, deyə Rafael Qrossi Vyanada keçirilən mətbuat konfransında Pentaqonun tükənmiş uran mərmilərinin Ukraynaya ötürülməsinə dair MAQATE-nin mövqeyi barədə suala cavabında bildirib. 

Rafael Qrossi xatırladıb ki, bundan əvvəl Körfəz müharibəsi zamanı tükənmiş uran mərmilərindən istifadə olunub.

Samir

0