Şimali Koreya lideri Kim Çen Inın Rusiya Federasiyasına yollandığı xüsusi qatar Primorsk diyarında Razdolnaya çayı üzərindən keçən dəmiryol körpüsündən keçərək şimala istiqamət alıb.
HİT.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Agentliyin məlumatına görə, yerli vaxtla saat 12:15-də (Moskva vaxtı ilə 5:15) Razdelnaya üzərindən yaşıl vaqonlardan ibarət zirehli qatar körpüdən keçib. Eyni qatar Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) Kim Çen In və Şimali Koreya hökumətinin yüksək rütbəli üzvlərinin Pxenyanı tərk edərkən çəkilmiş fotoşəkillərində təsvir edilib.
Sərhəddə yerləşən Xasan kəndi administrasiyasının nümayəndəsi "RİA Novosti"yə zirehli qatarın rayonun cənubundakı stansiyadan keçdiyini təsdiqləyib.
KCNA-nın məlumatına görə, Kim Çen Inın qatarı sentyabrın 10-da Pxenyanı tərk edib. YTN telekanalı onun Rusiya prezidenti Vladimir Putinlə görüşünün sentyabrın 13-də baş tuta biləcəyini bildirib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ölkə liderləri arasında danışıqların “yaxın günlərdə” baş tutacağını təsdiqləyib. O, görüşün dəqiq vaxtını və yerini dəqiqləşdirməkdən imtina edib, lakin danışıqların Uzaq Şərqdə aparılacağını qeyd edib.
Samir