Çində şəxsi fermadan 72 timsah qaçdı

DÜNYA
20:20 / 12.09.2023
386

Çinin cənubundakı Quanqdonq əyalətinin Maominq şəhərinin səlahiyyətliləri güclü daşqın zamanı fermadan qaçan timsahları tutmağa çalışır. 

HİT.az xəbər verir ki, bu barədə dövlətə məxsus “Dazhong Daily” agentliyi məlumat yayıb.

Şəhərə yağan güclü yağışdan sonra timsahların yetişdirildiyi ferma su altında qalıb və sürünənlər sərbəst qalmaq imkanı əldə edib. Təsərrüfat sahibləri 69 böyük və 6 bala timsahın qaçdığını bildirib.

Hadisə şahidləri su basmış yolda timsahları görüblər və məlumatı fövqəladə hallar xidmətlərinə bildiriblər, yanğınsöndürənlər və xilasedicilər sürünənlərin axtarışı üçün səfərbər edilib, bir neçə qrup motorlu qayıqlarla ərazidə patrul aparır.

Səlahiyyətlilər yerli əhalini su hövzələrində gəzməməyə və su basmış ərazilərdən keçərkən ayıq-sayıq olmağa çağırır.

Samir

0