Maya Sandu: "Moldovalılar Rusiyanın təsiri altında NATO-ya üzv olmaq istəmir"

DÜNYA
19:30 / 12.09.2023
734

Moldova prezidenti Maya Sandu hesab edir ki, hazırda ölkənin neytrallığının qorunması ilə bağlı əhalinin mövqeyini öyrənmək üçün ümumxalq səsverməsi keçirməyin vaxtı deyil. 

HİT.az xəbər verir ki, onun sözlərinə görə, vətəndaşlar Rusiya təbliğatının təsiri altında NATO-ya qoşulmağa qarşı çıxmaqda davam edirlər. 

“Bizim gündəmimiz vətəndaşların gündəliyidir. Nə qədər ki, vətəndaşlar Moldovanın neytral ölkə olaraq qalmasına inanırlar, biz bu seçimə hörmət edirik. Düşünürəm ki, qorxu hissi var, Rusiyanın təbliğatının təsiri altında olan bəzi insanlar hesab edirlər ki, onlar NATO-ya üzvlük məsələsini müzakirə etməyə başlayanda o zaman Rusiyadan təcavüz riski artacaq”, deyə Sandu bildirib.

O, həmçinin iddia edir ki, Moldovanın NATO-ya daxil olması məsələsi gündəmdə deyil, hakimiyyət yalnız Şimali Atlantika Alyansı ilə əməkdaşlığı müzakirə edir.

Samir

0