Gürcüstanın hakim partiyası Çinlə iqtisadi əlaqələrin dərinləşməsi üçün bütün imkanlardan istifadə etməyin zəruriliyini bəyan edib.
HİT.az xəbər verir ki, bu barədə Tiflis meri, “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının baş katibi Kaxa Kaladze məlumat verib.
“Çin ilə əlaqələrimizi daha da dərinləşdirmək üçün hər fürsətdən istifadə etməliyik. Biz Pekinlə iqtisadi, ticarət əlaqələri baxımından daha da yaxınlaşmalıyıq”, deyə mer qeyd edib.
Kaladze həmçinin bildirib ki, Gürcüstan ölkənin inkişafı, yeni iş yerlərinin yaradılması və s. naminə Çindən “daha çox investisiya” götürməlidir.
Samir