Litva Rusiyada qeydiyyatda olan avtomobilləri müsadirə edəcək

DÜNYA
19:11 / 12.09.2023
674

Litva gömrük orqanları Rusiyadan Avropa İttifaqına idxalı qadağan edilən əşyalarla bağlı Avropa Komissiyasının tövsiyələrinə əməl edərək, ölkəyə daxil olan Rusiyada qeydiyyatda olan avtomobilləri müsadirə edəcək. 

HİT.az xəbər verir ki, istisnalar sahibləri avtomobilin Kalininqrad vilayətinə getdiyini təsdiq edən sənədləri təqdim edən avtomobillərə şamil ediləcək. Bu barədə Litvanın LRT milli radiosuna respublikanın Xarici İşlər və Daxili İşlər nazirliklərinin rəhbərləri Qabrielius Landsberqis və Aqne Bilotaite məlumat veriblər.

“Rusiya qeydiyyatında olan həmin avtomobillər Litvaya daxil olarsa, müsadirə olunacaq. Bu nəzarəti gömrük orqanları təmin edəcək, çünki bu, onların funksiyasıdır. Bu, gömrüklərin məsuliyyəti olacaq”, deyə Bilotaite bildirib.

Landsberqis qeyd edib ki, Litva Rusiya avtomobillərinin ölkəyə girişinə tətbiq edilən məhdudiyyətlə bağlı Avropa Komissiyası ilə məsləhətləşmələr aparır, çünki respublika ərazisindən Kalininqrad vilayətinə gedən avtomobilləri də nəzərə almaq lazımdır. Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, belə avtomobillər Litva ərazisini 20 saatdan çox olmayan müddətdə keçməli olacaq. Nazir əlavə edib ki, Litva və AK nümayəndələri hələ də bəzi avtomobillərin Rusiya Federasiyasından keçməsinə icazə ilə bağlı hüquqi nüansları müzakirə edirlər.

Samir

0