Ölüm hökmünün qüvvədə olduğu ölkələr - SİYAHI

DÜNYA
22:00 / 12.09.2023
2084

Ermənistan parlamenti ölüm hökmünün tam qadağan olunması məsələsi üzərində müzakirələr aparır. Belə ki, Parlament 1950-ci il noyabrın 4-də Roma şəhərində imzalanmış "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyaya əlavə edilmiş “Bütün hallarda ölüm hökmünün ləğvi haqqında” 13 saylı Protokolun ratifikasiyası məsələsini müzakirəyə çıxarıb. 

Onu bildirək ki, 2003-cü ildə Ermənistanda ölüm hökmü ləğv edilib.

Maraqlıdır, hansı qonşu ölkələrdə ölüm hökmü hələ də qalmaqdadır?

Hit.az bununla bağlı araşdırmanı təqdim edir:

İran ölüm hökmünü hələ də saxlayan ölkələrdəndir. Bu ölkədə demək olar ki, hər həftə ölüm hökmü verilir. Hansısa bir gəncin hökumətə qarşı etiraz aksiyasında iştirak etməsi hökümət qüvvələrinə onun barəsində ölüm hökmü çıxartması üçün kifayət edir. Rəsmi rəqəmlərə görö, təkcə 2022-ci ildə ölkədə 576 nəfər edam olunub. Təbii ki, reallıqda daha böyük rəqəmlərin olduğunu danılmazdır. 

Zaman-zaman qonşu Türkiyədə də ölüm hökmü ilə bağlı fikirlər səsləndirilir. Məaələn, ötən il ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Marmaris yanğını baş verərkən meşələri qəsdlə yandıranların edam olunmasını istədiyini deyib. Türkiyədə təkcə 1920 və 1984-cü illər arasında 15-i qadın olmaqla toplam 712 nəfər edam olunub. 

26 iyun 2003-cü ildə Türkiyədə ölüm cəzası tamamilə ləğv edilib.

7 may 2004-cü ildə isə ölüm cəzası Türkiyə Konstitusiyasından çıxarılıb.

Rusiya Federasiyasında da zaman-zaman ölüm hökmünün yenidən bərpası barədə fikirlər səsləndirilib. Ölüm hökmünün xüsusilə terror aktları, uşaqlara qarşı cinayətlər və digər cinayətlərə görə məsuliyyət daşıyanlara qarşı tətbiq edilməsi müzakirə edilib.

Lakin prezident Vladimir Putin ölüm hökmünə qarşı olduğunu bildirib.

O, edam cəzasının qaytarılması üçün Rusiyanın Konstitusiyanı dəyişdirməli olduğunu deyib.

Qeyd edək ki, 1997-ci il aprelin 16-da Rusiya Federasiyası İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın 6 saylı protokolu imzalanıb və ona əsasən də “ölüm cəzası ləğv edilib.

Qonşu Gürcüstanda ölüm hökmünə xiyam verəm ölkələrdəndir. Belə ki, sonuncu dəfə ölüm hökmü 1997-ci ildə verilib. Daha sonra bu hökm  2000-ci il 1 may tarixində 6 saylı protokolla ləğv edilərək "ömürlük həbs" ilə əvəz edilib.

Azərbaycanda isə ölüm hökmü 1998-ci il, fevralın 10-da ləğv olunub. 21 fevral 1998-ci ildə “Cinayət Məcəlləsi, Cinayət-Prosessual Məcəlləsi və İslah-Əmək Məcəlləsinə dəyişikliklərin edilməsi” haqqında Azərbaycan Respublikasının qanunu qüvvəyə minib. Azərbaycan Avropa Şurasına üzv olmadan öncə ölüm hökmünü ləğv edərək, barələrində belə hökm çıxarılmış insanların cəzasını ömürlük həbs cəzası ilə əvəzləyib. Ölüm cəzası ləğv olunan zaman Azərbaycanda ölüm cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənmiş 127 məhkum olub. 

Hazırda isə dünyanın 32 ölkəsində ölüm cəzası tətbiq edilir. Bu barədə Ümumdünya Əhali İcmalının 2023-cü il məlumatlarında qeyd edilib.

"Amnesty International"ın 2021-ci il hesabatında bildirilib ki, həmin dövrdə 18 ölkədə 579 edam icra edilib. 2021-ci ilə qədər ölüm hökmündən ən çox istifadə edən 10 ölkə Çin, İran, Misir, Səudiyyə Ərəbistanı, Suriya, Somali, İraq, Yəmən, ABŞ və Cənubi Sudan olub.

Digər tərəfdən, dünyanın beş ölkəsi yalnız fövqəladə hallarda ölüm cəzası tətbiq edir. Bu ölkələrə Braziliya, Peru, Çili və Burkina Faso, həmçinin İsrail daxildir. 

Aynur Əli

0