ABŞ Hərbi Hava Qüvvələrinin komandanı Frank Kendall Çinin ABŞ ilə potensial münaqişə üçün ordusunu gücləndirdiyi barədə xəbərdarlıq edib və belə bir ssenariyə hazırlığa başlamağa çağırıb.
HİT.az xəbər verir ki, bu barədə "The Hill" məlumat yayıb.
Onun sözlərinə görə, Çin 20 ildən artıqdır ki, Qərbi Sakit okeanda ABŞ-ı məğlub etməyə hazırlaşır. Komandan xəbərdarlıq edib ki, əgər ABŞ qüvvələrinin səyləri məsələn, Tayvana qarşı “Çin təcavüzü”nə mane olmaq üçün kifayət etməsə, o zaman müharibə başlaya bilər.
Frank Kedall əmin edib ki, Amerika dövlətinin işi mümkün münaqişənin qarşısını almaq və toqquşma baş verərsə, qalib gəlməyə hazır olmaqdır. O vurğulayıb ki, aerokosmik qüvvələrdə dəyişikliklərə ehtiyac var, əks halda ABŞ müharibənin qarşısını ala, hətta qalib gələ bilməyəcək.
ABŞ Hərbi Hava Qüvvələri rəhbəri əlavə edib ki, Çin hərbi gücün yaradılması ilə bağlı iki sahədə sürətlə inkişaf edir: aviadaşıyıcılara, aerodromlara hücumlara qarşı mübarizə üçün tələb olunan qüvvələrin gücləndirilməsi, həmçinin kosmosda və kiberməkanda informasiya üstünlüyünə nail olmaq üçün strateji dəstək xidmətinin modernləşdirilməsi.
Samir