Rusiya Ermənistanda dövlət çevrilişi hazırlayır?

DÜNYA
12:48 / 13.09.2023
347

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı Ermənistanda dövlət çevrilişinin hazırlanması ilə bağlı məlumatları dezinformasiya adlandırıb.

HİT.az xəbər verir ki, sosial şəbəkələrdə Ermənistanda dövlət çevrilişinin planlaşdırıldığı barədə məlumatlar yayılıb. Bildirilir ki, "Vaqner" qruplaşmasının 2000-ə qədər döyüşçüsü Ermənistana köçürülüb və onlar hakimiyyəti devirməyi planlaşdırır.

Bu iddialarla bağlı açıqlama verən Zaxarova "Bu qədər insandan danışırıqsa, onlar haradadırlar? Ermənistan 1 milyard əhalisi olan ölkə deyil, daha az əhalisi olan bir ölkədir. Bu insanlar görünməli idi. Bütün bunlar başqa mifologiya kateqoriyasındandır. Mən bunu sadəcə dezinformasiya kimi təsnif edə bilərəm”, deyib.

Samir

0