İran İnqilabı Keşikçiləri Korpusu ölkənin şimal-qərbindəki İraq sərhədinə əlavə hərbi yük göndərib.
HİT.az xəbər verir ki, İnqilab Keşikçiləri Ordusuna yaxınlığı ilə tanınan "Tesnim" Xəbər Agentliyi İraq Kürd Regional Rəhbərliyinin (KRG) sərhədinin yerləşdiyi bölgəyə hərbi göndərişin görüntüsünü dərc edib.
Videoda bölgəyə tanklar və uzaqmənzilli artilleriya göndərildiyi görünür.
Xəbərdə İraq sərhədlərinə hərbi texnikanın İran əleyhinə olan təşkilatların tərksilah edilməsinə dair Bağdad və Tehran arasında imzalanan razılaşmanın yekun tarixi olan 19 sentyabr ərəfəsində aparıldığı bildirilib.
Samir