"Seçki kampaniyası zamanı ABŞ-ın keçmiş prezidenti Donald Tramp və "Tesla" və "SpaceX" şirkətlərinin qurucusu İlon Mask Ukrayna münaqişəsinə son qoymaq üçün öz sülh planlarını hazırlayıb təklif edə bilərlər".
HİT.az xəbər verir ki, bunu NSN-ə müsahibəsində alman politoloqu Aleksandr Rar deyib.
Onun fikrincə, Tramp Moskvaya səfəri zamanı öz təkliflərini səsləndirə bilər. Ekspert qeyd edir ki, ABŞ-dakı seçkilər Ukraynaya yardıma təsir edir. Beləliklə, respublikaçılar münaqişəyə son qoymağı və diqqəti Çinlə münasibətlərə yönəltməyi müdafiə edirlər:
“Mən istisna etmirəm ki, Donald Tramp seçki kampaniyasında onu dəstəkləyən İlon Maskla birlikdə Moskvaya uçmaq və sülh təşəbbüslərini irəli sürmək ideyası ilə çıxış edəcək. Demokratlar da bunu başa düşürlər. Onların ilin sonuna qədər dəstək verməyə vaxtı var ki, Ukrayna qalib gəlsin. Əks halda, o, tam çöküş olacaq”.
Tramp artıq bəyan edib ki, hakimiyyətə gələrsə, münaqişəni həlli edəcək. O, söz verib ki, Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenskiyə zəng edib görüş təşkil edəcək.
Samir