Estoniyanın baş naziri Kaya Kallas siyasi opponentlərini ərinin Rusiya ilə əlaqəli biznesinə görə "cadugər ovu"nda ittiham edib.
HİT.az-ın məlumatına görə, Kallas hesab edir ki, müxalifət qalmaqaldan onun partiyasının mütərəqqi gündəmini pozmaq üçün istifadə edir. Baş nazir bu barədə "The Guardian"a müsahibəsində bildirib.
“Bu, müxalifətin "cadugər ovu"dur. Bu, parlamentdə vaxt itirmək və mütərəqqi gündəliyimizin həyata keçirilməsinə mane olmaq üçün bəhanədir”, deyə Kallas bildirib.
Siyasətçi vurğulayıb ki, əri Arvo Hallik ictimai xadimdir, ona görə də onun biznes fəaliyyətinə görə məsuliyyət daşıya bilməz.
Estoniyanın baş naziri mediada "Stark Logistics" nəqliyyat şirkətinin Rusiya ilə əməkdaşlığı davam etdirməsi ilə bağlı yayılan məlumatlara görə qalmaqalla üzləşib. Söhbət qismən baş nazirin ərinə məxsus olan şirkətdən gedir. Kallas özü ərinin işi haqqında demək olar ki, heç nə bilmədiyini bildirib.
Daha sonra baş nazir qeyd edub ki, əri Rusiya ilə işləməyə davam edən "Stark Logistics"in payını “bir sendviç qiymətinə” satıb.
Samir