Baş nazir: "Biz Avropanın ən güclü quru ordularından birini yaratmaq istəyirik"

DÜNYA
22:15 / 13.09.2023
469

Polşanın baş naziri Mateuş Moravetski paytaxt Varşavadan 50 kilometr şərqdə yerləşən 23-cü Taktik Hava Bazasında Cənubi Koreyanın baş naziri Han Duk-soo ilə mətbuat konfransı keçirib.

HİT.az xəbər verir ki, Polşa və Cənubi Koreyanın iki dost ölkə olduğunu bildirən Mateuş Moravetski Avropa, Asiya və bütün dünyada təhlükəsizlik üçün birlikdə çalışdıqlarını deyib.

Keçən il Cənubi Koreyadan alınan ilk K2 tankları və K9 haubitsalarının Polşaya çatdığını bildirən Mateuş Moravetski ilk FA-50 təyyarəsinin iyul ayında, ilk "Chumnoo" buraxılış qurğusunun isə avqust ayında qəbul edildiyini xatırladıb.

Keçən il iki ölkə arasında ticarət həcminin 10 milyard dollara çatdığını və Polşada 600 Cənubi Koreya şirkətinin olduğunu qeyd edən baş nazir "Avropanın ən güclü quru ordularından birini qurmaq istəyirik. Bu gün biz yüksək texnologiyaya malik olan ölkələrdən faydalanmağa çalışırıq. Cənubi Koreya ilə strateji tərəfdaşlığımız da bu məqsədə xidmət edir", deyib.

Samir

0