Əfqanıstanda qadınlar ayağa qalxdı

DÜNYA
21:30 / 13.09.2023
471

Əfqanıstanda qadınlar etiraz aksiyalarına başlayıb.

Hit.az xarici mənbələrə istinadən xəbər verir ki, onlar Əfqanıstanda hakimiyyətdə olan Taliban qrupunun qadınlara yönəlik mürtəce qanunlarına etiraz edir. 

Bildirilir ki, Taliban rejimi aksiyaların qarşısını qəddarlıqla almağa çalışsalar da, etirazçılar hüquqlarını müdafiə etməkdə israrlı görünür.
 
Taliban hakimiyyətə gəldikdən qısa müddət sonra qadınlar ayağa qalxmışdı. Lakin rejim aksiyaları zorakılıqla yatırmışdı. 

Onların yenidən etirazlara başlaması qorxu xofunun aradan qalxması kimi dəyərləndirilir. 

Taliban hakimiyyətə gəldikdən qısa müddət sonra Əfqanıstanın Ali dini lideri Heybətulla Axundzadə qadınların ictimaiyyət arasında üzlərini örtməsi göstərişi verib.

Bundan başqa, qızların təhsil alması yalnız 6-cı sinifə qədər məqbul sayılır. 6-cı sinifdən yuxarı qızlar üçün məktəblər qapadılıb. 

Anar

0