İtaliyada miqrantlar polis arasında toqquşma olub.
HİT.az xəbər verir ki, iğtişaşlar İtaliyanın Lampeduza adasında baş verib. Burada qeyri-qanuni miqrantların sayı yerli sakinlərin sayından çoxdur.
Səlahiyyətlilərə görə, gərginlik iki gün ərzində adaya 6 mindən çox qeyri-qanuni immiqrant gəldikdən sonra baş verib. Məlumata görə, sentyabrın 13-ü axşam saatlarında 400 çarpayılıq və sıxlıq olan müvəqqəti yerləşdirmə mərkəzində yeməklərin paylanması zamanı dava düşüb. Miqrantlar Qızıl Xaç Cəmiyyətinin qida və su paylama məntəqəsində izdiham yaradıblar. Polis kütləyə nəzarət etmək üçün müdaxilə edib.
Məlumata görə, oxşar epizodlar Lampeduza limanında baş verib. Orada yüzlərlə miqrant dərhal başqa yerlərə daşınmalarını tələb edib. Polis də onların qarşısını almaq üçün güc tətbiq etməli olub.
Radio-1 cümə axşamı bildirib ki, miqrantların təyyarələrlə çıxarılması davam edir və adada 4,5 minə yaxın miqrant qalıb. Yerli hakimiyyət fövqəladə vəziyyət elan edib.
Lampeduzanın əhalisi 6 min nəfərdən azdır.
Samir