Vuçiç: "Albin Kurti ilə görüş nəticəsiz qaldı"

DÜNYA
19:30 / 14.09.2023
456

Serbiya prezidenti Aleksandar Vucic deyib ki, tanınmamış Kosovonun baş naziri Albin Kurti ilə cümə axşamı Brüsseldə keçirdiyi məsləhətləşmələr nəticə verməyib.

HİT.az xəbər verir ki, onun sözlərinə görə, münasibətlərin normallaşmasına birbaşa yol tapmaq baxımından danışıqlar uğursuz başa çatıb.

Vuçiç Avropa İttifaqının kompromis təkliflərinin qəbul edildiyini, Kurtinin isə qəbul etmək istəmədiyini və görüşün başa çatdığını bildirib.

Bundan əvvəl Vuçiç Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin şəxsən Kosovonun baş naziri Albin Kurtini Balkanlar, Avropa İttifaqı və Ukrayna liderləri ilə qeyri-rəsmi şam yeməyinə dəvət etmək qərarından narazılığını bildirib.

Vuçiç Serbiyanın Avropa gələcəyi üçün mübarizə apardığını, eyni zamanda milli maraqlarından da əl çəkmədiyini vurğulayıb. O qeyd edib ki, qarşıdakı dövrdə Serbiyanın milli maraqlarını qorumaq çətin olacaq.

Samir

0